İran spikerinin rəsmisi: Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir

2026/02/1769955903.jpg
Oxunub: 459     17:51     01 Fevral 2026    
Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.

Ordu.az-ın "SNN" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.

"Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir", - deyə o bildirib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran    


Bizi "telegram"da izləyin