25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərilib

2026/02/Ekran-1769948414.jpg
Oxunub: 593     15:41     01 Fevral 2026    
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl yüklü vaqonlar göndərilib.

Ordu.az-ın məlumatına görə, bu gün Azərbaycan ərazisindən keçməklə ümumi çəkisi 1 746 ton olan 25 ədəd taxıl vaqonu Ermənistan Respublikasına yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə tranzit keçməklə ümumilikdə 285 taxıl vaqonu (təxminən 19 900 ton) göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin