Erməni nazir Azərbaycandan Ermənistana şəkər idxal olunacağı ilə bağlı məlumatları nə təkzib edib, nə də təsdiqləyib

2026/02/Ekran-1769945659.jpg
Oxunub: 521     15:33     01 Fevral 2026    
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuatda yayılan, yaxın vaxtlarda Azərbaycandan Ermənistana şəkər idxal olunacağı ilə bağlı məlumatları nə təkzib edir, nə də təsdiqləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

“Bu mərhələdə bunu şərh edə bilmərəm”, - deyə erməni nazir jurnalistlərlə söhbətində bildirib.

Nəşrin konkret olaraq erməni iş adamı Samvel Aleksanyan haqqında danışıldığına dair qeydinə Papoyan belə cavab verib: “Bu mərhələdə şərh verə bilmərəm, hazırda yalnız bir növ məhsul idxal olunur: benzin”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan  


Bizi "telegram"da izləyin