Ordu.az xəbər verir ki, bu barədə “Krasnodarskiy kray” “Telegram” kanalı məlumat yayıb.
Mitinqin keçirildiyi yerin məhz Armavir şəhərinin seçilməsi təsadüfi deyil.
Kanalın vurğuladığına görə, şəhərdə təsirli və yaxşı təşkilatlanmış erməni icması yaşayır və onlar üçün kilsə təkcə dini qurum deyil, həm də milli kimliyin əsasını təşkil edir.
“Məhz bu səbəbdən də Erməni Apostol Kilsəsini zəiflətmək, onun rəhbərliyinə hökumətə sadiq şəxsləri gətirmək və mövcud kilsə qaydasını dəyişmək istiqamətində İrəvanın cəhdləri bu qədər güclü müqavimətlə qarşılaşır.
Armavirdən əvvəl analoji mitinq Soçidə, daha əvvəl isə Rusiyanın böyük erməni icmalarının yaşadığı digər şəhərlərində keçirilib. Krasnodar diyarı bu baxımdan mühüm regiondur: burada erməni icmasının sayı və təsiri elə səviyyədədir ki, onun mövqeyini nəzərə almamaq mümkün deyil. Mövcud vəziyyətdən çıxış edərək demək olar ki, bu cür mitinqlərin davamı olacaq.
Xüsusi əhəmiyyət kəsb edən çıxış Krasnodar diyarının Qanunvericilik Məclisinin üzvü Armenak Tozliana məxsus olub. O, dövlətin kilsə işlərinə müdaxiləsinin yolverilməz olduğunu bəyan edib. Onun sözlərinə görə, Moskvada Erməni Apostol Kilsəsinin nümayəndələrinin xeyir-duasını alaraq, imzaların toplanmasını və kilsəyə qarşı təzyiqlərin dayandırılmasını, həmçinin həmvətənlərin mövqeyinə hörmət edilməsini tələb edən qətnamənin hazırlanmasına başlayıb”, - deyə “Krasnodarskiy kray” yazıb.
Alpər Mövludoğlu
Ordu.az