Erməni yepiskoplara Ermənistan ərazisini tərk etmək qadağan edilib

2026/01/1769882580.jpg
Oxunub: 493     22:01     31 Yanvar 2026    
Üçmüədzin kilsəsinin inzibati-təsərrüfat şöbəsinin direktoru yepiskop Muşeğ Babayan və kilsə xadimləri və gənclər üçün yenidən hazırlıq proqramlarının direktoru yepiskop Vahan Hovhannisyan barəsində də ölkə ərazisini tərk etməmək qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, dindirilmədən sonra yüksək rütbəli din xadimləri hər hansı şərh verməkdən imtina ediblər.

“Yepiskopların hamısı yanvarın 27-də Arman Saroyanı rütbədən salmaqda, bununla da bədnam məhkəmə aktının qəbul edilməsinə mane olmaqda ittiham olunurlar. Yepiskop Muşeğ ona irəli sürülən ittihamı qəbul etmir, çünki rütbədən salmaq səlahiyyəti yoxdur”, - deyə Üçmüədzin kilsəsinin inzibati-təsərrüfat şöbəsinin direktoru yepiskop Muşeğ Babayanın vəkili Vrej Xaçikyan bildirib.

Xatırladaq ki, bu gün Ali Ruhani Şuranın üzvləri İstintaq Komitəsinə təqsirləndirilən şəxs qismində cəlb olunmaq üçün dəvət ediliblər. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, onlar məhkəmə aktının icrasına mane olmaq əməlinin törədilməsində ittiham edilirlər.

Fevralın 16-19-da Avstriyada yepiskoplar toplantısının keçirilməsi planlaşdırılır. Erməni vəkillərin sözlərinə görə, hüquq-mühafizə orqanlarının məqsədi bu toplantını pozmaqdır.

Bu gün istintaq orqanına 6 erməni yepiskop təqdim olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yepiskop  


Bizi "telegram"da izləyin