Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin deyib.
Onun fikrincə, Vaşinqton anlayır ki, zərbə heç nəyi dəyişməyə də bilər və eyni zamanda nəticələr doğura bilər, çünki İran “bir hədəfli” dövlət deyil, həm müxtəlif təsir alətlərinə, həm də möhkəm sistemə malikdir.
“Bu isə o deməkdir ki, obyektlərə zərər vurmaq mümkündür, amma sistemi məhv etmək olmaz. Məhz buna görə də KİV-lər hədəfli zərbələrin ehtimalından yazırlar.
Bundan başqa, ABŞ-də başa düşürlər ki, cavab qaçılmaz olacaq. Birbaşa olmayacaq, dərhal ABŞ-yə qarşı olmayacaq, amma regionda olacaq. İraqda, Suriyada, Livanda, dəniz marşrutlarında olacaq. Bu, ABŞ üçün uzunmüddətli proses deməkdir, sürətli qələbə yox”, - deyə Xramçixin bildirib.
Xramçixin qeyd edib ki, xüsusilə son nöqtə aydın olmadığı halda ABŞ-də çoxları bu zərbələrdə maraqlı deyil.
Onun qiymətləndirməsinə görə, ABŞ taktiki uğur əldə edə bilər, lakin strateji uğur sual altındadır: İran öz əsas kursunu dəyişməyəcək, əksinə, zərbə onu daha sürətli və daha sərt mövqelənməyə sövq edə bilər.
Analitikin fikrincə, burada ən vacib oyunçu Çindir, o, müharibəyə girməyəcək, amma onun mövqeyi ABŞ üçün aydın siqnaldır.
“Rusiya amili də mövcuddur, Rusiya gərginlik yaratmayacaq, amma İrana dəstəyini saxlayacaq, İran tam təcrid olunmayacaq”, - deyə o bildirib.
Cənubi Qafqaza gəldikdə isə, onun sözlərinə görə, İranla bağlı belə bir inkişaf region üçün nəticəsiz ötüşə bilməz. “Bu mərhələdə düşünürəm ki, əsas məsələ İranla münasibətlərdə kəskinləşmənin olmamasıdır, hesab edirəm ki, İran bundan yayınacaq. Ermənistan neytrallığını qoruyacaq, Azərbaycan da eyni şəkildə davranacaq, hər halda İran bu istiqamətdə fəal işləyir. Lakin istənilən hərbi eskalasiya həmişə uzanmaq, həmçinin gözlənilməz məcrada inkişaf etmək faktoruna malikdir, buna görə region yüksək ayıqlıq şəraitində hərəkət etməlidir. Danışıqlar da, artıq deməyə ehtiyac yoxdur ki, sabitləşdirici amildir”, - deyə Xramçixin qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az