Ermənistan KİV-i: Bundan sonra ordunun keşişləri komandirin müavininə tabe olacaq və ona hesabat verəcək

2026/01/1769829414.jpg
Oxunub: 501     10:41     31 Yanvar 2026    
Ötən günlərdə Üçmüədzin kilsəsinə Ermənistan Müdafiə Nazirliyinin qərarı göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” nəşri yazıb.

Nəşr qeyd edib ki, qərara əsasən, bundan sonra ordunun keşişləri komandirin tərbiyəvi işlər üzrə müavininə tabe olmalı, ona hesabat verməli, hərbi rütbəyə malik olmalıdır və s.

“Bu, faktiki olaraq polk keşişlərini Üçmüədzin kilsəsinin nəzarətindən çıxarıb Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə tabe etdirmək cəhdidir.

Xatırladaq ki, bir müddətdir Ermənistan Silahlı Qüvvələrinin bəzi yüksək rütbəli hərbçilərinin keşişlərə qarşı təzyiqlər göstərdiyi, onları Erməni Kilsəsinin islahat şurasına, yəni katolikosun vəzifədən kənarlaşdırılmasını tələb edən ruhani qruplaşmaya qoşulmağa məcbur etdiyi barədə məlumatlar yayılır”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Keşiş   Ordu  


Bizi "telegram"da izləyin