Azərbaycan və Ukrayna parlamentlərarası əməkdaşlığı müzakirə edib

2026/01/1769687500.jpg
Oxunub: 393     15:28     29 Yanvar 2026    
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə ilə iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın prioritetlərini müzakirə edib.

Ordu.az-ın məlumatına görə, bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə ilə səmərəli görüş keçirilib. Azərbaycan-Ukrayna parlamentlərarası əməkdaşlığının prioritetlərinə, Ukraynaya humanitar yardım və enerji dəstəyinə diqqət yetirdik. Həmrəyliyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk",- o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin