Le Pen: "Makron Fransa parlamentini tezliklə buraxa bilər"

2024/12/1733375367.jpg
Oxunub: 403     21:16     28 İyun 2025    
Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransa prezidenti Emmanuel Makron yaxın gələcəkdə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxa bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Le Pen tərəfdarları qarşısında çıxışı zamanı deyib: “Parlamentin buraxılmayacağına özümüzü inandırmaq təhlükəli olardı. Biz rahatlaşa bilmərik”.

O vurğulayıb ki, yeni parlament seçkiləri olacağı təqdirdə "Milli Birlik" qalib gəlməlidir. Parlament fraksiyasının rəhbəri, həmçinin tərəfdarları 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşmağa çağırıb.

Milli Assambleya buraxılarsa, Le Pen deputat köməkçiləri işi üzrə çıxarılan hökmə görə yenidən deputatlığa namizəd ola bilməyəcək və bu, onun seçilmək hüququnu məhdudlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Le-Pen   Makron   Fransa  


Bizi "telegram"da izləyin