Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib

2025/01/1737097360.jpg
Oxunub: 466     17:22     28 İyun 2025    
Ukrayna Təhlükəsizlik Xidməti Krım ərazisində Rusiya hərbçilərinə qarşı xüsusi əməliyyat həyata keçirdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Interfaks-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 27-dən 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanları "Kirovskoye" hərbi aerodromuna hücum edib, aviasiya komponentlərinin yerləşdiyi yerlərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və s. zərbələr endiriblər.

"Mövcud məlumatlar “Mi-8”, “Mi-26” və “Mi-28” çoxməqsədli və zərbə helikopterlərinin, həmçinin "Pantsir-S1" özüyeriyən zenit-raket kompleksinin məhv edildiyini göstərir", - mənbə vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin