Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı açıqlamada Ukrayna Müdafiə Nazirinin müavini, general-mayor Anatoli Kloçko bildirib ki, ölkənin “Buk” kompleksi “ikinci bir həyat qazanıb”:
“Buk artıq fərqli raketlərlə təchiz olunub və hazırda döyüş tapşırıqlarını yerinə yetirir. S-300 sistemində də böyük dəyişikliklər gözlənilir. Bu işlər davam edir və biz yerimizdə saymırıq. Zamanı gələndə bu barədə daha ətraflı danışacağıq”.
Texniki detallara aydınlıq gətirilməsə də, Kiyevin yerli imkanlar və xarici dəstəkdən istifadə edərək bu köhnə sistemləri yenidən dizayn etmək üçün daha geniş strategiya həyata keçirdiyi ehtimal olunur.
Qeyd edək ki, Ukrayna SSRİ-nin dağılmasından sonra müxtəlif S-300 hava hücumundan müdafiə sistemlərini miras almışdı. Bu sistemlərə S-300PS, S-300PT və S-300V kimi unikal variantlar daxildir.
Sevinc Əliyeva
Ordu.az