Türkiyədəki "Akkuyu" AES-in I enerji bloku yaxın bir ildə işə salına bilər

2024/12/1733294937.jpg
Oxunub: 406     14:52     28 İyun 2025    
Türkiyədəki "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) I enerji bloku bir il ərzində istismara verilə bilər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Anadolu" agentliyinə bildirib.

O əlavə edib ki, hazırda Türkiyədə daha bir AES-in tikilməsinin iqtisadi məqsədəuyğunluğu öyrənilir.

"Rosatom" Türkiyənin ilk AES-i olan "Akkuyu"nun tikintisini Mersin vilayətində aparır. Stansiya hər biri 1 200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akkuyu  


Bizi "telegram"da izləyin