İran AEBA baş direktorunun ölkəyə gəlişinə icazə verməyəcək

2025/06/1750574322.jpg
Oxunub: 315     14:15     28 İyun 2025    
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin İrana gəlişinə artıq icazə verməyəcək.

Ordu.az-ın məlumatına görə, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacı Babayi bu gün Tehranda iranlı hərbçilər və nüvə alimlərinin dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran eyni zamanda agentliyin kameralarının İranın nüvə mərkəzlərində yerləşdirilməsinə icazə verməyəcək. Çünki əldə olunan məlumatlara əsasən İranın nüvə obyektlərinin məlumatları İsrailə ötürülüb.

Qeyd edək ki, 26 iyunda İranın Konstitusiyaya Nəzarət Şurası parlamentin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə qanun layihəsini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AEBA  


Bizi "telegram"da izləyin