Cənubi Kipr: Ölkəmiz əldən çıxır, İsrail bizi ələ keçirir

2025/06/1751102887.jpg
Oxunub: 501     18:57     28 İyun 2025    
Cənubi Kipr mətbuatının aparıcı qəzetlərindən biri olan “Politis” “Başqa bir vəd olunmuş torpaq kimi. Yəhudilər niyə Kiprdən torpaq alır?” sərlövhəli yazısında İsrail vətəndaşlarının Cənubi Kiprdə ev və torpaq alma prosesini ətraflı şəkildə təhlil edib.

Ordu.az xəbər verir ki, məqalədə xüsusilə İsrail-İran münaqişələrindən sonra təxminən 15 min israillinin Cənubi Kiprə köç etdiyi və bu vəziyyətin yerli əhali arasında narahatlıq yaratdığı qeyd olunub.

“Politis”in məqaləsində COVID-19 pandemiyası dövründən etibarən israillilərin Cənubi Kipri “arxa bağçaları” kimi istifadə etməyə başladıqları vurğulanıb. Xüsusilə Yəhudi “Chabad” Təşkilatının Cənubi Kiprdəki fəaliyyətlərinin artdığı qeyd olunub.

Təşkilata məxsus altı evin, bir sinaqoqun, uşaq bağçasının, dini rituallara aid hamamın (Mikve), Kaşrut sertifikatlaşdırma mərkəzinin, bir qəbiristanlığın və yay proqramlarına yönəlik fəaliyyətlərin olduğu bir sahənin mövcud olduğu bildirilir. Məqalədə bu inkişaflar yəhudilərin adada demək olar ki, öz şəhərlərini qurduqları kimi şərh olunub.

Sözügedən proses siyasi səviyyədə də etirazlara səbəb olub. Cənubi Kiprin əsas müxalifət partiyası olan Mütərəqqi İşçi Xalq Partiyasının (AKEL) lideri Stefanos Stefanou partiyasının qurultayındakı çıxışında israillilərin nəzarətsiz mülkiyyət əldə etməsini tənqid edib. “Ölkəmiz əldən çıxır, İsrail bizi ələ keçirir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   İsrail  


Bizi "telegram"da izləyin