"İranın nüvə obyektləri daha güclü geri qaytarılacaq" – Araqçi

2025/06/1750590452.jpg
Oxunub: 350     12:48     28 İyun 2025    
İranın önəmli və dəyərli nüvə obyektləri və binalar zamanın keçməsi ilə daha güclü şəkildə əvvəlki vəziyyətə qaytarılacaq.

Ordu.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi “Instagram” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Onun sözlərinə görə, İranın nüvə mərkəzlərinin geri qaytarılması illərlə vaxt tələb etsə belə, bu, həyata keçiriləcək.

Araqçi bildirib ki, İran nüvə silahına sahib iki ölkə qarşısında özünü müdafiə etdi. Hazırda isə həmişəkindən daha möhkəm gələcəyə baxır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Araqçi   İran  


Bizi "telegram"da izləyin