Ordu.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda iranlı yüksək rütbəli hərbçilər və nüvə alimlərinin dəfn mərasimində yerli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün İran vətəndaşları bir daha dəfn mərasimində iştirakı ilə heç vaxt təslim olmayacağını bəyan edib.
Qeyd edək ki, İsrailin İrana 12 günlük hərbi hava hücumlarında öldürülən yüksək rütbəli zabitlər və nüvə alimlərinin dəfn mərasimi bu gün Tehranda keçirilib.
Ordu.az