Dəməşqdə kilsəyə hücum edən terrorçular məhv ediliblər

2024/12/1733725855.jpg
Oxunub: 345     10:30     24 İyun 2025    
Suriya təhlükəsizlik xidməti Dəməşqdə kilsəyə hücum edən İŞİD terrorçularını məhv edib.

Ordu.az-ın Syria.tv-yə istinadən xəbərinə görə, bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, Dəməşqin ətraf ərazilərində - Harasta və Kafr-Batnada təhlükəsizlik qüvvələri Baş Kəşfiyyat İdarəsi ilə birlikdə Mar-Elias kilsəsində törədilən terror aktından sonra xüsusi əməliyyat keçiriblər.

Nəticədə ekstremist dəstənin lideri və onun beş üzvü saxlanılıb, iki silahlı müqavimət göstərərkən öldürülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları silah-sursat arsenalı, partlayıcı maddələr və minalanmış motosiklet müsadirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   Terrorçu  


Bizi "telegram"da izləyin