Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, belə bir çağırışla Britaniyanın elm, innovasiya və texnologiyalar naziri Piter Kayl çıxış edib.
“İndi ən vacib olan – de-eskalasiyanın müddətidir. İranı bu həqiqi müstəsna bir fürsətdən istifadə etməyə və siyasi prosesə qayıtmağa çağırıram", - deyə Kayl bildirib.
O vurğulayıb ki, Britaniya və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklər. Kayl, eyni zamanda, son zamanlar ölkənin mütəmadi olaraq İran tərəfdən qaynaqlanan kiberhücumlara məruz qaldığını vurğulayıb.
Ordu.az