Bağdaddakı hərbi bazaya naməlum PUA ilə hücum olub

2025/06/1750682499.jpg
Oxunub: 396     09:04     24 İyun 2025    
Bağdadın şimalındakı Et-Taci bazasındakı hərbi düşərgə naməlum pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə İNA agentliyi məlumat yayıb.

"Mənşəyi naməlum pilotsuz təyyarə Et-Taci hərbi düşərgəsindəki mövqelərdən birinə hücum edib", - məlumatda bildirilib.

Bağdaddakı hərbi əməliyyatların komandiri Valid ət-Təmiminin sözlərinə görə, itki yoxdur.

Bundan bir gün əvvəl İran Qətər və İraqdakı ABŞ hərbi bazalarına qarşı əməliyyata başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bağdad   Baza   PUA  


Bizi "telegram"da izləyin