Ordu.az-ın məlumatına görə, bunu ötən saatlarda Türkmənistana səfər edən İran xarici işlər naziri Seyid Abbas Araqçi Türkmənistan xarici işlər naziri Rəşid Meredovla görüşdə deyib.
Onun sözlərinə görə, İran regionda gərginliyin artmasının tərəfdarı deyil. İranın Qətərdə “Əl-Üdeyd” hərbi bazasına raket hücumu ABŞ-nin İranın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq-aşkar təcavüzə cavabdır.
Görüşdə Türkmənistan xarici işlər naziri Rəşid Meredov da bildirib ki, Türkmənistan İrana yaxın qonşudur. İsrailin İrana hücumunun ilk günündən narahatlığını bildirib. Türkmənistan neytral ölkə olaraq məsələlərin həlli üçün gücdən və ya hədədən istifadənin olunmasını qəbuledilməz hesab edir.
Ordu.az