İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını təsdiqləyib

2025/06/1750064407.jpg
Oxunub: 306     23:38     23 İyun 2025    
İran İslami Şura Məclisinin (birpalatalı parlament) müvafiq komitəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan planı təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Komitənin sözçüsü İbrahim Rezainin sözlərinə görə, AEBA ilə əməkdaşlığı dayandırmaq planı üzvlər tərəfindən təsdiqlənib.

Sözçü, həmçinin bildirib ki, AEBA ilə əməkdaşlığa nüvə obyektlərində müşahidə kameralarının quraşdırılması, yoxlamaların aparılması, müfəttişlərin daxil olmasına icazə verilməsi və agentliyə hesabatların təqdim edilməsi daxildir: "Əməkdaşlığın dayandırılması nüvə mərkəzlərinin tam təhlükəsizliyi təmin olunana qədər davam edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   AEBA  


Bizi "telegram"da izləyin