Ordu.az xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.
“Dəməşqdəki Müqəddəs Elias Kilsəsinə qarşı terror hücumunu pisləyirəm və tam təhqiqat aparılmasını tələb edirəm”, – o yazıb.
Quterreş terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.
“BMT Suriya xalqını sülh və ədalət axtarışında dəstəkləməyə sadiq qalır”, – Baş katib vurğulayıb.
Xatırladaq ki, ötən gün Dəməşqdəki yunan pravoslav kilsəsinə hücum nəticəsində onlarla insan ölüb.
Ordu.az