Ordu.az xəbər verir ki, Kacır sosial media hesabından verdiyi açıqlamada F-16 EDPOD-nun Hərbi Hava Qüvvələri Komandanlığının inventarına daxil olduğunu bildirib.
TÜBİTAK BİLGEM tərəfindən hazırlanan F-16 EDPOD-un real radar sistemlərinə qarşı uçuş sınaqlarını uğurla tamamladığını vurğulayan Kacır qeyd edib:
“Ölkəmizin müdafiə texnologiyalarında xaricdən asılılığını azaltmaq hədəfi ilə hazırlanmış EDPOD Radioelektron Mübarizə (REM) qabiliyyətlərimizə strateji töhfə verdi. F-16 təyyarələrinə inteqrasiya olunmuş radar siqnalı aşkar edən taktiki radioelektron dəstək podu olan EDPOD düşmənin hədəf aşkar etmə və izləmə, raket yönləndirmə və hədəf işıqlandırma radarlarına aid siqnalları aşkar edə bilən, təhdidləri müəyyənləşdirə, qeydə ala və dəqiq mövqe təyini edə bilən qabaqcıl REM sistemidir. O, yerli və milli imkanlarla hazırlanıb”.
Nazir əməyi keçənləri təbrik edib, milli sistemlərin inkişafına yol açdıqları üçün Türkiyə Milli Müdafiə Nazirliyinə və Müdafiə Sənayesi Komitəsinə minnətdarlığını bildirib.
Sevinc Əliyeva
Ordu.az