F-16 EDPOD Türkiyə HHQ-nin inventarına daxil olub

2025/06/1750672884.jpg
Oxunub: 343     09:32     24 İyun 2025    
Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, TÜBİTAK İnformasiya və İnformasiya Təhlükəsizliyi İrəli Texnologiyaları Araşdırma Mərkəzinin (BİLGEM) baş podratçılığı altında inkişaf etdirilən F-16 Radioelektron Dəstək Podu (EDPOD) ölkənin Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının inventarına daxil edilib.

Ordu.az xəbər verir ki, nazir sosial media hesabında etdiyi paylaşımda F-16 EDPOD-un real radar sistemlərinə qarşı uçuş sınaqlarını müvəffəqiyyətlə tamamladığını xatırladıb.

TÜBİTAK BİLGEM-in əsas podratçılığı altında inkişaf etdirilən F-16 EDPOD-un Türkiyə HHQ Komandanlığının inventarına daxil olduğunu vurğulayan Kacır qeyd edib: “Ölkəmizin müdafiə texnologiyalarında xarici asılılığını azaltmaq məqsədilə hazırlanan EDPOD radioelektron mübarizə imkanlarımıza strateji töhfə verdi”.

Kacır əməyi keçənləri təbrik edib, milli sistemlərin inkişafına yol açdıqları üçün Türkiyə Milli Müdafiə Nazirliyinə və Müdafiə Sənayesi Komitəsinə minnətdarlığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-16   EDPOD   Türkiyə  


Bizi "telegram"da izləyin