Baş nazir: "İsrailin Tramp qədər yaxşı dostu olmayıb"

2025/06/1750010405.jpg
Oxunub: 478     17:30     19 İyun 2025    
İsrailin heç vaxt Trampdan daha yaxşı dostu olmayıb və onun hər bir qərarını qiymətləndirir.

Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

İranın vurulmasında ABŞ-nin mümkün iştirakından danışan Netanyahu qeyd edib ki, bu, Donald Trampdan asılıdır: "O, oyun qaydalarını bilir".

O vurğulayıb ki, hər bir müharibə qurbanlar tələb edir: "Oğlum hətta toyu ləğv etdi".

Baş nazir həmçinin bəyan edib ki, "İran rejiminin devrilməsi xalqından asılıdır, lakin İsrail onlara bunda kömək edəcək şərait yaradır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin