Putin və Cinpin Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

2025/02/1740391484.jpg
Oxunub: 515     14:09     19 İyun 2025    
Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə telefonda danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, söhbət mehriban və konstruktiv keçib.

"Putin və Cinpinlə Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Rusiya və Çin İsrailin beynəlxalq hüququ və BMT Nizamnaməsini pozan hərəkətlərini kəskin şəkildə pisləyiblər. Pekin və Moskva vəziyyətin güc yolu ilə həllinin mümkün olmadığını hesab edir. Putin və Cinpin yaxın günlərdə təmasların və fikir mübadiləsinin aparılması üçün iki ölkənin qurum və xidmətlərinə tapşırıqlar verəcəkləri barədə razılığa gəliblər", - Kreml rəsmisi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Cinpin  


Bizi "telegram"da izləyin