Almaniya İsrailə 4 milyon avroluq silah ixracına icazə verib

2025/06/1749459905.jpg
Oxunub: 389     13:19     19 İyun 2025    
Fridrix Mertsin başçılıq etdiyi Almaniya hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi xəbər verir.

Qeyd olunub ki, bu məlumatları ölkənin İqtisadiyyat Nazirliyi Bundestaqda Sol Partiya fraksiyasından olan deputat Dezire Bekkerin sorğusuna cavab olaraq təqdim edib.

İxrac mayın 7-dən - iyunun 10-na olan dövrü əhatə edir və İsrailə ümumi dəyəri 3,986 milyon avro olan silah tədarükünü nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsrail  


Bizi "telegram"da izləyin