Rusiya Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxır

2025/06/1750323910.jpg
Oxunub: 346     13:01     19 İyun 2025    
Rusiya Federasiyası Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirib.

Qeyd olunub ki, Rusiya Federasiyası ilə Almaniya arasında 1996-cı ildə imzalanmış hərbi-texniki əməkdaşlıq haqqında saziş indiki şəraitdə öz mənasını və praktiki əhəmiyyətini itirib.

Rəsmi Moskva Almaniyanı ideoloji şəkildə öz əhalisini anti-Rusiya mövqeyi tutmağa təhrik etməkdə və hərbi-siyasi vəziyyətin gərginləşməkdə ittiham edib..

Rusiya XİN Almaniyaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxmaqla bağlı müvafiq prosedurlar həyata keçirildiyini də açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Almaniya  


Bizi "telegram"da izləyin