Şeynbaum Trampa təhlükəsizlik, miqrasiya və ticarəti əhatə edən saziş təklif edib

2025/01/1736879077.jpg
Oxunub: 284     01:40     19 İyun 2025    
Meksikanın Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampa təhlükəsizlik, miqrasiya və ticarəti əhatə edən hərtərəfli ikitərəfli saziş təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında məlumat verib.

“Mən təklif etdim ki, niyə bizim ümumi razılığımız olmasın – təhlükəsizlik, miqrasiya və ticarəti əhatə edən saziş?” – deyə Meksika prezidenti bildirib. O, bu təklifi çərşənbə axşamı Ağ Evin rəhbəri ilə telefon danışığı zamanı səsləndirib.

Şeynbaum əlavə edib ki, hazırda iki ölkə arasında təhlükəsizlik sahəsində bir sıra razılaşmalar mövcuddur və Meksika sərhədləri əvvəlkindən daha təhlükəsizdir. Eyni zamanda, onun sözlərinə görə, Meksikadan keçən miqrasiya axınında da ciddi azalma müşahidə olunur.

Meksika lideri bildirib ki, Donald Tramp təklif edilən hərtərəfli sazişin müzakirəyə açıq olduğunu bildirib və bu məsələyə baxmağa razılaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Prezident  


Bizi "telegram"da izləyin