İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub, xəsarət alanlar var

2025/06/1750276801.jpg
Oxunub: 422     23:22     18 İyun 2025    
İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.

Ordu.az-ın IRNA agentliyinə istinadən məlumatına görə, bu barədə Polisin bəyanatında deyilir.

Qeyd edilir ki, bir neçə saat əvvəl Polis Qərargahının yaxınlığındakı binalara hücum edilib, nəticədə bir neçə əməkdaş yaralanıb.

Xəsarət alan polis əməkdaşlarının dəqiq sayı barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin