BRİKS Kolumbiya və Özbəkistanın üzvlüyünü təsdiqləyib

2023/08/44557-1691914385.jpg
Oxunub: 437     00:14     19 İyun 2025    
BRİKS Yeni İnkişaf Bankı (NDB) artıq Kolumbiya və Özbəkistanın təşkilata üzvlük müraciətlərini təsdiqləyib, Efiopiya və İndoneziyanın üzvlük məsələsinə baxılır.

Ordu.az xəbər verir ki, bu barədə maliyyə qurumunun rəhbəri Dilma Russef Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı məlumat verib.

"Artıq iki ölkə – Özbəkistan və Kolumbiya bankın üzvü seçilib. Efiopiya və İndoneziyanın üzvlük müraciətləri isə hazırda nəzərdən keçirilir", – deyə Russef bildirib.

O, həmçinin Rusiya liderinə yenidən NDB rəhbəri seçilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BRİKS   Kolumbiya   Özbəkistan  


Bizi "telegram"da izləyin