Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Gideon Saarın BMT Təhlükəsizlik Şurasının sədri Karolin Rodrigez-Birkettə məktubunda deyilir.
Bildirilib ki, İsrailin hərbi əməliyyatı İranın nüvə və raket proqramlarının əhatə etdiyi qaçılmaz təhlükəni neytrallaşdırmağa yönəlib.
Mətndə deyilir ki, İsrail beynəlxalq hüquqa ciddi şəkildə uyğun olaraq hərəkət edir və yalnız hərbi infrastruktura zərbələr endirir.
G.Saar İran rejimini beynəlxalq ictimaiyyəti sistematik şəkildə aldatmaqda və NPT üzrə öhdəliklərini pozmaqda ittiham edib.
"Öz öhdəliklərinə riayət etməyə qayıtmaq əvəzinə, İran uranın zənginləşdirilməsini və nüvə silahı əldə etmək üçün digər səylərini genişləndirərək daha da eskalasiya ilə cavab verdi. İranın nüvə strategiyası aydındır - İsrail dövlətinə yönəldiləcək nüvə silahı əldə etmək", - məktubda deyilir.
Nazir məktubu BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yaymağa çağırıb və oxşar məktubun təşkilatın Baş katibi Antonio Quterreşə göndərildiyini bildirib.
Ordu.az