Ordu.az xəbər verir ki, bu barədə “Ctvnews” məlumat yayıb.
Tramp bildirib ki, Kanada bu sistemə qoşulmaq istəyirsə, ya ABŞ-nin 51-ci ştatı olmalıdır, ya da 61 milyard dollar ödəməlidir.
“Kanada istəsə sistemə qoşula bilər, lakin əgər o, ayrı bir ölkədirsə, bunun əvəzini ödəməlidir”, - deyə Tramp bildirib.
Kanadanın Baş naziri Mark Karni isə açıqlamasında qeyd edib: “Kanada satılmır, biz suverenliyimizdən güzəştə getməyəcəyik”.
“Qızıl Günbəz” layihəsi hipersəs təhlükələrinə qarşı kosmos əsaslı müdafiə qalxanı yaratmaq məqsədi daşıyır.
Layihənin dəyərinin 175 milyard dollar olduğu açıqlansa da, faktiki dəyərin daha çox ola biləcəyi təxmin edilir.
Kanada və Birləşmiş Ştatlar arasında ticarət tarifləri gərginliyi davam edərkən, təklif əlaqələri daha da gərginləşdirə bilər.
Sevinc Əliyeva
Ordu.az