"İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir" - Netanyahu

2025/06/1749913863.jpg
Oxunub: 393     13:10     17 İyun 2025    
İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, hökumət başçısı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır.

"Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir", - o bildirib.

B.Netanyahu bəyan edib ki, İsrail Müdafiə Qüvvələri İran üçün "kütləvi qırğın silahları hazırlayan" 10 iranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Netanyahu  


Bizi "telegram"da izləyin