Hindistan təyyarəsi partlayış təhdidindən sonra təcili eniş edib

2025/06/1750151141.jpg
Oxunub: 348     13:04     17 İyun 2025    
Hindistanın “IndiGo” aviaşirkətinin Koçidən Dehliyə gedən təyyarəsi bu gün səhər partlayış təhdidindən sonra Naqpurda təcili eniş edib.

Ordu.az-ın məlumatına görə, bu barədə PTI informasiya agentliyi Hindistanın Koçi beynəlxalq hava limanının (CIAL) məlumatına istinadən xəbər verir.

Təhdid Maskatdan gələn və səhər saat 9.31-də Dehliyə yola düşən “IndiGo” təyyarə reysinin rəsmi elektron poçt ünvanına daxil olub. Təyyarədə 157 sərnişin və altı ekipaj üzvü olub.

CIAL-in məlumatına görə, Bomba Təhdidini Qiymətləndirmə Komitəsi təhdidi real hesab edib.

"Məlumat dərhal müvafiq orqanlara ötürülüb, bundan sonra təyyarə Naqpur hava limanına təcili eniş edib və hazırda yoxlanılır", - məlumatda qeyd olunub.

Zəruri təhlükəsizlik yoxlamaları başa çatdıqdan sonra təyyarə təyinat məntəqəsi olan Dehliyə yola düşəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Təyyarə  


Bizi "telegram"da izləyin