"INDO Defence 2025" sərgisində birinci mərhələdə İndoneziyaya 48 "Kaan" satışı üçün razılaşma əldə edildi" - Ərdoğan

2025/02/1740592928.jpg
Oxunub: 403     11:41     17 İyun 2025    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə qabiliyyəti və çəkindirmə gücü ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Ərdoğan Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtə ilə bağlı diqqətçəkən açıqlamalar verib.

O bildirib ki, müdafiə sistemləri indi həqiqətən çəkindirici qüvvəni gücləndirəcək miqdarda istehsal olunmağa başlayıb.

"Əgər siyasi, sosial, iqtisadi və hərbi cəhətdən güclü deyilsinizsə, heç bir çəkindirici gücünüz yoxdur və bu halda müdafiəsizsiniz", - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri dövlətlərin təhlükəsizliyinin təkcə silahlarla deyil, çoxölçülü güc elementləri ilə də təmin oluna biləcəyini vurğulayıb.

Türk millətinin tarixi mövqeyinə də toxunan prezident bildirib: "Millət olaraq utanaraq yaşamaqdansa ölməyi üstün tuturuq. Yerin üstündə şərəfsiz yaşamaqdansa, yerin altında namusla yatmaq daha yaxşıdır".

Ərdoğan bu ifadələri ilə Türkiyənin müstəqillik və qürur əzmini nümayiş etdirib.

Türkiyə prezidenti müdafiə sistemlərinin modernləşdirilməsi və xüsusilə raket potensialının gücləndirilməsi istiqamətində səylərin sürətlə davam etdiyini bildirib: "Son inkişaflar fonunda orta və uzun mənzilli raket ehtiyatlarımızı çəkindirmə səviyyəsinə çatdıracaq istehsal planları hazırlayırıq. Heç kimin bizə meydan oxumağa belə cəsarət etməyəcəyi bir gücə çatacağıq".

Bu açıqlamalar Türkiyənin son dövrlərdə geniş vüsət alan ballistik raket proqramları və hava hücumundan müdafiə investisiyaları ilə üst-üstə düşür.

Ərdoğan müdafiə sənayesindəki səylərinin bəhrəsini getdikcə gördüklərini də qeyd edib:

"Milli Döyüş Təyyarəsi "Kaan" Layihəmizdə çox mühüm bir müqavilə imzaladıq, iki il əvvəl onu təqdim edəndə, bəziləri "Radiatora bənzəyir" deyərək lağ etdilər. "INDO Defence 2025" sərgisində birinci mərhələdə İndoneziyaya 48 "Kaan" satışı üçün razılaşma əldə edildi. Ümid edirəm ki, ümumi dəyəri təxminən 15 milyard dollar olan bu tarixi müqavilə ölkəmiz, müdafiə sənayemiz və indoneziyalı qardaşlarımız üçün xeyirli olacaq".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Kaan  


Bizi "telegram"da izləyin