İranın Luristan əyalətində 21 nəfər ölüb

2025/06/1750128174.jpg
Oxunub: 390     11:27     17 İyun 2025    
İranın qərbindəki Luristan əyalətində azı 21 nəfər ölüb.

Ordu.az-ın İran KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamentinin deputatı Reza Sepehvand bildirib.

"Təəssüf ki, hücum nəticəsində 21 nəfər həlak olub, yaralılar var", - deputat qeyd edib.

O vurğulayıb ki, bu günlərdəki insidentlərin əksəriyyəti İsrail Silahlı Qüvvələrinin deyil, agentlərinin fəaliyyəti ilə bağlı olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Luristan  


Bizi "telegram"da izləyin