İsfahanda İsrailin hücumu zamanı üç nəfər ölüb, dörd nəfər yaralanıb

2025/06/1749978128.jpg
Oxunub: 411     11:12     17 İyun 2025    
İranın mərkəzində iyunun 17-si səhər saatlarında İsrailin hücumu zamanı üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Ordu.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hücumun baş verdiyi İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib.

"Hücum nəticəsində üç nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb", - o bildirib.

Ə.Salehinin sözlərinə görə, zərbə Kaşan şəhərinin nəzarət-buraxılış məntəqələrindən birinə dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   İsfahan  


Bizi "telegram"da izləyin