Natanzdakı nüvə obyektinə hədəflənən İsrail PUA-sı vurulub

2025/06/1750143209.jpg
Oxunub: 404     10:26     17 İyun 2025    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələri Natanzdakı nüvə obyektinə hədəflənmiş İsrailin pilotsuz uçuş aparatını (PUA) İsfahan vilayətinin Kaşan şəhəri üzərində vurub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Əkbər Salehi məlumat verib.

"Pilotsuz uçuş aparatı bu gün səhər saatlarında SEPAH-ın Hava-Kosmik Qüvvələrinin “Sevom-e Khordad” zenit-raket kompleksi tərəfindən zərərsizləşdirilib", - ISNA agentliyi Ə.Salehidən sitat gətirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Natanz   PUA  


Bizi "telegram"da izləyin