İsrail Colan təpələrində dron zərərsizləşdirib - YENİLƏNİB

2024/10/1729061421.jpg
Oxunub: 565     09:39     17 İyun 2025    
Colan təpələrində elan olunmuş dron həyəcanından sonra İsrail hava qüvvələri əraziyə daxil olan pilotsuz uçan aparatı qısa müddət ərzində vurub.

Ordu.az bu barədə “Times of Israel”ə istinadən xəbər verir.

İsrail Hava qüvvələrinin sutka ərzində İsrailin şimalında azı 12 pilotsuz uçan aparatı zərərsizləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Colan təpələrində dron hücumu həyəcanı elan olunmuşdu.

***

İsrail potensial dron hücumları ilə əlaqədar Colan təpələrində yerləşən Ramat Maqşimim rayonunda hava hücumu həyəcanı elan edib.

Ordu.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, aidiyyəti qurumlar sakinlərin təhlükəsiz sığınacaqlarda daldalanmalarını tövsiyə edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin