G7: İran böhranının həlli regionda gərginliyin azalmasına gətirib çıxarmalıdır

2025/02/1739641157.jpg
Oxunub: 423     09:03     17 İyun 2025    
“İran böhranı”nın həlli Yaxın Şərqdə gərginliyin azaldılmasına və Qəzza zolağı ətrafında vəziyyətin nizamlanmasına gətirib çıxarmalıdır.

Ordu.az-ın məlumatına görə, bu barədə Kanada hökumətinin bazar ertəsi dərc etdiyi "Yeddilik Qrupu" (G7) ölkələri liderlərinin birgə bəyanatında deyilir.

"İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Biz İran böhranının həlli Qəzzada atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş şəkildə deeskalasiyasına gətirib çıxarmağa çağırırıq", - Kanananskis əyalətində keçirilən sammitin iştirakçıları qeyd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   İran  


Bizi "telegram"da izləyin