"İsrail İran-ABŞ razılaşmasını pozmaq istəyir" - Əraqçi

2025/06/1749974873.jpg
Oxunub: 412     03:48     17 İyun 2025    
İsrailin İrana hücumunun məqsədi Tehran və Vaşinqton arasında danışıqlarda əldə olunmuş irəliləyişi pozmaqdır.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə X hesabında paylaşım edib.

“İsrailin baş naziri Benyamin Netanyahu — beynəlxalq axtarışda olan hərbi cinayətkardır. O, həmçinin ABŞ prezidentlərini onilliklərdir öz müharibələrinə cəlb edən bir fırıldaqçıdır”, – deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, “Netanyahunun İrana qarşı həyata keçirdiyi cinayətkar hücumun” arxasında əsas məqsəd İranla ABŞ arasında mümkün razılaşmanın qarşısını almaqdır: “Bu razılaşmaya tərəflər düzgün və sabit yolla yaxınlaşırdılar”.

“Netanyahu daha bir ABŞ prezidentini və getdikcə daha çox amerikalı vergi ödəyicisini aldatmağa davam edir”, – deyə Abbas Əraqçi vurğulayıb.

İranın baş diplomatı əlavə edib ki, İran Silahlı Qüvvələri dünyaya aydın şəkildə mesaj verir: “Təl-Əvivdə sığınacaqlarda gizlənən hərbi cinayətkarlar cəzasız qalmayacaqlar”.

“Biz bu qorxaqlara qarşı zərbələrimizi davam etdirəcəyik – nə qədər ki, onların xalqımıza atəş açmağa bir daha cəsarət etməyəcəklərinə əmin olacağıq”, – deyə Əraqçi bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   İsrail   İran   ABŞ  


Bizi "telegram"da izləyin