İranın XİN başçısı Avropa rəsmiləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

2025/06/1750129146.jpg
Oxunub: 368     02:01     17 İyun 2025    
İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniyadan Devid Lemmi, Almaniyadan İohan Vadefül, Fransadan Jan-Noel Barro və Avropa İttifaqının diplomatiyasının rəhbəri Kaya Kallas ilə telefon danışığı apararaq Yaxın Şərqdəki gərgin vəziyyəti müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə nazirin Telegram kanalında yerləşdirilmiş məlumatda bildirilir.

Mətnə əsasən, Əraqçi bildirib: “İranın təcavüzə qarşı qanuni müdafiəsi güc tətbiqi ilə davam edəcək və müharibənin istənilən genişlənməsinin nəticələrinə görə məsuliyyət İsrailin, onun tərəfdarlarının və buna haqq qazandıranların üzərinə düşəcək.”

Telefon danışığı zamanı o əlavə edib: “Şübhə yoxdur ki, İsrail ABŞ-nin dəstəyi, yardımı və əməkdaşlığı ilə İran xalqına qarşı bu müharibəyə başlayıb. Buna görə də biz ABŞ-ni bu vəziyyətə görə məsuliyyətli və törədilən cinayətlərdə şərik hesab edirik.”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Avropa  


Bizi "telegram"da izləyin