ABŞ-nin müdafiə naziri: "Yaxın Şərqdə müdafiə mövqeyi tuturuq"

2025/06/1750128358.jpg
Oxunub: 391     05:51     17 İyun 2025    
ABŞ-nin Silahlı Qüvvələri Yaxın Şərqdə müdafiə mövqeyi tutur, Vaşinqton İran ətrafındakı vəziyyətin sülh yolu ilə həllinə çalışır.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "Fox News"a müsahibəsində deyib.

"Biz regionda müdafiə mövqeyi tutur, sülh razılaşması əldə etməyə çalışırıq. Təbii ki, bunun baş verəcəyinə ümid edirik", - o deyib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp hələ də Tehranla İslam Respublikasının nüvə proqramı ilə bağlı saziş bağlamaq istəyir və Amerika liderinin bu məsələdə mövqeyi dəyişməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset  


Bizi "telegram"da izləyin