SEPAH: İran səhərə qədər İsraili vuracaq

2025/06/1750127885.jpg
Oxunub: 353     01:52     17 İyun 2025    
İranın Silahlı Qüvvələri İsraildəki hədəflərə səhərə qədər davam edəcək yeni zərbə dalğasına başlayıb.

Ordu.az-ın "Tasnim" agentliyinə istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın Silahlı Qüvvələrinin elit bölmələri - SEPAH) nümayəndəsi Əli Məhəmməd Naini bildirib.

"Bir neçə dəqiqə əvvəl "Doğru vəd 3" əməliyyatının doqquzuncu dalğası başlayıb. Bu, raketlər və pilotsuz təyyarələrdən istifadə edilən birləşmiş hücumdur. Əməliyyat səhərə qədər davam edəcək", - agentlik onun sözlərini sitat gətirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   İsrail  


Bizi "telegram"da izləyin