Knesset İsraildə fövqəladə vəziyyətin uzadılmasını təsdiqləyib

2025/06/1750086102.jpg
Oxunub: 636     18:15     16 İyun 2025    
İsrail Knesseti (parlamenti) hökumətin ölkədə fövqəladə vəziyyətin iyunun sonuna qədər uzadılması təklifini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Qeyd olunur ki, İranla müharibə vəziyyətinə dair qapalı brifinqdən sonra Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvləri İsrailin müdafiə naziri İsrael Katz tərəfindən elan edilən və iyunun 15-də kabinet tərəfindən ayın sonuna qədər uzadılan fövqəladə vəziyyət rejiminin təsdiqinə yekdilliklə səs veriblər.

"İyunun 17-də komitə İsrailin xarici işlər naziri Gideon Saarın iştirakı ilə daha bir qapalı iclas keçirəcək", - KİV-lər xəbər verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Knesset   İsrail  


Bizi "telegram"da izləyin