“Air Arabia” və “Lufthansa” İran-İsrail münaqişəsi fonunda bəzi ölkələrə uçuşları dayandırırlar

2023/10/65216-1696689951.jpg
Oxunub: 690     17:41     16 İyun 2025    
“Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

Ordu.az-ın “Lufthansa”ya istinadən verdiyi məlumatına görə, aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa - iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya - iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lufthansa   Air-Arabia  


Bizi "telegram"da izləyin