İsrail Colan təpələrində 4 dron vurub

2024/10/1729061421.jpg
Oxunub: 460     14:33     16 İyun 2025    
İsrail ordusu Colan Təpələrində dörd PUA vurub.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata əsasən, bölgəyə şərqdən daxil olan şübhəli dron İsrail Hava Qüvvələri tərəfindən qısa müddət ərzində zərərsizləşdirilib.

Qeyd edək ki, Colan Təpələri ərazisində yerləşən Aloney Habaşan qəsəbəsində iki saat ərzində 4 dəfə dron hücumu həyəcanı elan olunub.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 9 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin