Kreml: Rusiya İsrail - İran münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır

2025/05/1747681204.jpg
Oxunub: 699     14:13     16 İyun 2025    
Moskva Yaxın Şərqdəki böhranın kökündə duran səbəblərin aradan qaldırılmasının tərəfdarıdır, Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml İsrailin həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli konsolidasiyasını qeyd edir: "Biz regionda belə təhlükəli gərginliyin artmasına səbəb olan addımları pisləyirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   İsrail   İran  


Bizi "telegram"da izləyin