İsrail Müdafiə Qüvvələri: İranın "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri zərərsizləşdirilib

2025/06/1750068928.jpg
Oxunub: 652     14:09     16 İyun 2025    
Ötən gecə İsrail Ordusunun keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilən yüksək rütbəli İran hərbçiləri arasında "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri Mohsen Bakri və onun müavini Əbu əl-Fədl Nikuei olublar.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, onlar əsasən HAMAS və "Hizbullah" terror təşkilatlarını, eləcə də Yəməndəki husiləri kəşfiyyat məlumatları ilə təmin edilməsi üzrə tapşırıqların icrasına məsul olub:

"Bu addım İranın kəşfiyyat xidmətinə əhəmiyyətli zərbə olmaqla, İsrailə qarşı terror hücumlarının qarşısının alınmasına dəstək olacaq" - deyə, məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin